Tovuzda heyvan bazarı bağlanan gündən yerli təsərrüfat sahibləri, heyvandarlıqla məşğul olan fərdi sahibkarlar, eləcə də kənd sakinləri bəslədikləri heyvanların satışında və ya alışında çətinlik çəkirlər.
Mövzuya təsərrüfatçılar münasibət bildiriblər.
Onların sözlərinə görə, kimi sosial şəbəkə, kimisi isə dəllal vasitəsi ilə satış həyata keçirməli olur. Bu da onların qazanc əldə etməsini sual altında qoyur.
Sakinlər deyirlər ki, ətraf rayonlardakı bazarlara getmək də onlara xeyli baha başa gəlir.
Tovuz heyvan bazarının rəhbərliyindən bildirilib ki, onlar da yaxın vaxtlarda Qida Təhlükəsizliyi Agentliyinin müvafiq tələbləri çərçivəsində tikinti işlərinə başlamağı planlaşdırırlar.
Daha ətraflı süjetdə: