ABŞ-də maraqlı hadisə baş verib. Bir tibb bacısı 15 yaşlı ögey oğlu ilə cinsi əlaqədə olduğu üçün işdən qovulub. Onun əməlinin üstünü əri açıb. Bu barədə yerli media məlumat yayıb. Qeyd edilib ki, insident Florida ştatında baş verib və tibb bacısının tibbi lisenziyası ləğv edilib.
"İstintaqın məlumatına görə, Aleksis Von Yeyts adlı qadın ötən il 12-16 yaş arasında olan azyaşlı ilə cinsi əlaqədə olmaq ittihamı ilə həbs edilib. Məhkəmə sənədlərinə əsasən, hadisə onun ögey oğlunun yay tətilində onların evinə qonaq gələn zaman baş verib. Həmin vaxt yeniyetmənin atası işdə olubmuş", - nəşr yazıb.
Polis sorğusu zamanı zərərçəkmiş bildirib ki, o, Yeytslə həmin axşam divanda dincəlirmiş və video oyunlar oynayıb siqaret çəkiblər. Daha sonra onlar filmə baxıblar: "Bundan sonra Aleksis azyaşlıya girişib və ikisi də cinsi əlaqəyə girməyə razı olublar".
Tural