“The Times” Trampın sülh planının mənfiliklərindən yazdı

“The Times” Trampın sülh planının mənfiliklərindən yazdı
11:32

“The Times” nəşri Ukrayna münaqişəsi mövzusunda diqqət çəkən məqalə dərc edib. Müəllif yazıb ki, ABŞ Prezidenti Donald Trampın vasitəçilik etməyə çalışdığı istənilən sülh nizamlanması Ukraynanın suverenliyini məhdudlaşdırmaq əvəzinə qorumalıdır. Bu təşəbbüslər Rusiyanın təcavüzünü təşviq etməkdənsə, cəzalandırmalıdır. 


"Prezident Zelenski ilə Vatikanda baş tutan qısa söhbət Amerika prezidentinin çoxdan gözlənilən danışıq tonu dəyişikliyinə səbəb olub. Bununla belə, sual ondan ibarətdir ki, Volodimir Zelenski Trampı gələcək mümkün təhlükələrə inandıra biləcəkmi? Yəni əgər hər hansı sülh sazişi Rusiyanın ərazi qazanclarını, xüsusən də Krımın qanunsuz ilhaqını tanıyacaqsa, bu, münaqişəni həll etməkdənsə, gecikdirəcək", - nəşr yazıb.

Məqalədə qeyd olunub ki, bugünkü mövcud olan cəbhə xətti üzrə münaqişənin dondurulması Rusiyanın Ukraynaya daha da güclü zərbə endirmək fürsətindən istifadə etməsini təmin edəcək.

Xatırladaq ki, aprelin 26-da Vatikanda keçirilən Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna və ABŞ prezidentləri arasında qısa danışıqlar aparılıb. Bu, fevral ayında Ağ Evdə baş verən qalmaqallı görüşdən sonra tərəflərin ilk üzbəüz görüşü idi.

Üstəlik, görüş Trampın komandasının danışıqlar prosesindən uzaqlaşa biləcəklərini bəyan etməsindən və Londondakı məsləhətləşmələrin pozulmasından sonra baş tutub. Xarici KİV-in məlumatına görə, Amerika tərəfi Ukraynanın ərazi güzəştlərinə getmək istəməməsindən qəzəblənib.



Tural


Sizin reklam burada
Sizin reklam burada