Tanınmış aparıcı Tolikin verilişində qonaq olan Təranə Musayevanın qızı Sevgim sosial şəbəkədəki fəaliyyətinə dair diqqətçəkən açıqlamalar verib.
O bildirib ki, təhsili ilə məşğul olduğu üçün İnstaqramda gələn şərhlərə şəxsən cavab yaza bilmir:
“İnstaqramda komentlərə baxa bilmirəm, vaxtım yoxdur, dərslərimlə məşğul oluram. Səhifəmi anam idarə edir.”
News365.az xəbər verir ki, sevgim həmçinin haqqında deyilən digər iddialara da aydınlıq gətirib:
“Telefonumu da anam alıb. Nişanlım da deyil.”
Onun açıqlamaları sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.