Tənginəfəs əlamətlərlə xəstəxanaya gəldi, bir müddət sonra öldü

Tənginəfəs əlamətlərlə xəstəxanaya gəldi, bir müddət sonra öldü
24 Yan 2025 23:35

Zaqatala şəhər sakini, 39 yaşlı İlkin Məmmədov Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir müddət sonra ölüb.

KİV-in yaydığı məlumata görə, İlkin Məmmədov axşam radələrində ağır formada tənginəfəs əlamətlərlə xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olub.

Həkimlər ilkin müayinə aparıb, müalicəyə başlasalar da İlkin Məmmədovda ani ölüm qeydə alınıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.