“Tehranı qaranlığa qərq etməyin vaxtı gəldi”

“Tehranı qaranlığa qərq etməyin vaxtı gəldi”
14:43

İsrailin Nəqliyyat naziri Miri Regev, İranın bu səhər həyata keçirdiyi cavab zərbələrindən sonra sərt açıqlama verib.   

News365.az-ın məlumatına görə, Regev, sosial media hesabında etdiyi paylaşımda, bu səhər başda Tel-Əviv olmaqla İsrailə qarşı həyata keçirilən cavab hücumlarına görə İranı hədəf aldı.  İsrailin 13 iyun tarixindən bəri həyata keçirdiyi hücumlarla İran rejiminə “ağır zərbə vurduqlarını” iddia edən Regev, İranın üzərinə hücumların davam edəcəyini bildirib. Regev, İsrail ordusunun İranla yanaşı, Qəzza zolağı, Livan və işğal altındakı İordan çayının qərb sahilində də hücumlarını davam etdirdiyini vurğulayaraq, “Təhranı qaranlığa qərq etməyin vaxtı gəldi” ifadəsini təkrar edib.


Sizin reklam burada
Sizin reklam burada