"Təhqir dolu statuslar sağlam düşüncənin nəticəsi deyil"- Rəşad Məcid

"Təhqir dolu statuslar sağlam düşüncənin nəticəsi deyil"- Rəşad Məcid
15:31

Bəzi tanınmış şəxslərin sosial şəbəkələrdə paylaşdığı təhqir, söyüş və həqarət dolu statuslar cəmiyyətdə narazılıq doğurur.

News365.az xəbər verir ki, tanınmış jurnalist Rəşad Məcid bu mövzu ilə bağlı “Facebook” səhifəsində paylaşım edib. O, bildirib ki, bu cür statusları oxuyarkən insanın ağlına ilk gələn fikir bunu sağlam düşüncəyə sahib bir şəxsin yaza bilməyəcəyidir.

Rəşad Məcid qeyd edib ki, bu hallarda daha çox həmin şəxsin özündən çox, onu bu vəziyyətə gətirən səbəblər düşünülməlidir. Onun sözlərinə görə, emosional gərginliklə yazılan bu tip paylaşımlar adətən müvəqqəti olur.

Jurnalist vurğulayıb ki, bir müddət sonra emosiyalar səngiyir, soyuqqanlı düşüncə geri qayıdır və həmin şəxslər təhqir və söyüş dolu statusları özləri silirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada