Tbilisidə parlament binası polis və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb - VİDEO

Tbilisidə parlament binası polis və xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb - VİDEO
15 Apr 2024 23:25

Xəbər verdiyimiz kimi Gürcüstanda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq nümayiş keçirilib.

Tbilisidə parlament binası yaxınlığında polis və xüsusi təyinatlılar səfərbər edilib.

Həmçinin ölkənin Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin mərkəzində keçirilən etiraz aksiyasının iştirakçılarını dinc toplantılar və ifadə azadlığı hüdudlarından kənara çıxmamağa çağırıb. Bildirilib ki, Hər hansı qanun pozuntusunun dərhal polis tərəfindən qanun çərçivəsində aradan qaldırılacaq.

 


Youtube kanalımız

Oxşar xəbərlər