"Evimə girəni güllələyərəm!" - Harris

"Evimə girəni güllələyərəm!" - Harris
20 Sen 2024 16:48

ABŞ prezidentliyinə namizəd Kamala Harris televiziya aparıcısı Oprah Winfrey-nin canlı yayım proqramında "Kim icazəsiz evimə soxularsa, güllələnəcək" deyə açıqlama verib.

News365.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris qatıldığı canlı yayım proqramında “Biri icazəsiz evimə girərsə, güllələnəcək” deyib.

Harris çıxışına davam edərək, "Yəqin ki, bunu deməməliydim, işçilərim daha sonra bununla məşğul olacaq" deyib.

Əvvəlki çıxışlarında silahı olduğunu bildirən Harris, silahı olsa da, “hücum silahlarının” qadağan edilməsi fikrini yenidən gündəmə gətirib. Harris, bu cür silahların "müharibə aləti olmaq üçün hazırlanmış" olduğuna diqqət çəkərək, bu silahların cəmiyyətində yeri olmadığını vurğuladı.

ABŞ məktəblərində baş verən atışmaları “qan donduran” adlandıran Harris bu vəziyyətin belə davam etməli olmadığını bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər