Pələng otlaqa gedən çobanı yedi

Pələng otlaqa gedən çobanı yedi
20 Sen 2024 16:30

Hindistanda faciə baş verib.

NewsDrum-un yaydığı məlumata görə, sentyabrın 13-də pələng heyvanları otlamağa aparan 44 yaşlı çobanı parçalayıb.

"Hadisə Maharaştra ştatının Qondia rayonundakı Jamdi meşə sahəsində baş verib. Məlum  olub ki, Basantrao Dore adlı kişi heyvanları örüşə çıxarıb və evə qayıtmayıb. Bundan sonra kənd sakinləri onu axtarmağa başlayıblar. Onun yarı yeyilmiş cəsədi günorta saatlarında meşədə tapılıb", - nəşr yazır.

Kişinin boynunda pələng dişlərinin izləri tapılıb.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər