92 yaşlı məşhur rejissor huşunu itirdi

92 yaşlı məşhur rejissor huşunu itirdi
13:50

“Tayqa romanı” və “Ekipaj” filmlərinin məşhur rejissoru Aleksandr Mittanın vəziyyəti ağırlaşıb. Bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Qeyd edilir ki, onun evinə iki təcili yardım briqadası gəlib. 


Telegram kanalının məlumatına görə, tibb işçiləri 92 yaşlı Mittanın Moskvadakı evində huşunu itirməsindən sonra çağırılıblar. Hadisə yerinə gələn həkimlər rejissorun vəziyyətini stabilləşdiriblər. O, xəstəxanaya yerləşməkdən imtina edib. Digər təfərrüatlar məlum deyil.

2023-cü il noyabrın ortalarında Aleksandr Mittaya ikinci insult, böyrək iltihabı və ürək xəstəliyi diaqnozu qoyulub.

Noyabr ayında isə mediada Mittaya xərçəng diaqnozu qoyulması barədə xəbərlər yayılmışdı. Bundan sonra sənətçiyə palliativ yardımlar göstərildi. Daha sonra rejissorun oğlu Yevgeni atasının səhhəti ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib. O, atasının özünü yaxşı hiss etdiyini vurğulayıb.

Aleksandr Mitta "Yan, yan mənim ulduzum!", "Ekipaj",  "Tayqa romanı" və digər filmlərin rejissorudur. “Nika” və “Teffi” mükafatları laureatı, Rusiyanın xalq artistidir.

Tural


Sizin reklam burada
Sizin reklam burada