Tarixi təhrif edənlər kimə xidmət edir?

Tarixi təhrif edənlər kimə xidmət edir?
03 Sen 2024 09:23
Azərbaycanda abituriyent hazırlığında istifadə edilən tarix dərsliyi. Səhv etmirəmsə müəllifi Anar İsayevdir.
Dərsliyi hazırlayan "tarixçi" Qaraxanlı dövlətini kitabın birində 840-cı ildə, digərində 927-ci ildə yarandığı göstərilir.
Hər ikisində də dövlətin yaradıcısı kimi Qutluq Bilgə Qədir xan göstərilir. Durub burda tarix dərsi açmayacam. Ancaq çox gülünc bir vəziyyətdir.
Müəllifi bilmirəm ,amma Qutluq Bilgə Qədir xan deyəsən zaman maşını olan adam olub. 87 il öncəyə gedib yenidən dövlət qurub.
Övladları bədbəxt edən abituriyent hazırlığı üçün dərsliklərə durub indi izah verəcəklər texniki səhvdir. Ay balam bu abituriyent üçün tarix vəsait kitabıdır ey, Facebook statusu deyil....
Yaxud ay köhnə nəşrdir, yeni nəşrdə düzəlib. Köhnə nəşr, təzə nəşr nə söhbəti edəcəksiniz? Tarixdir ey bu. Nə köhnə, nə təzə nəşr ? Tarix olduğu kimi qalıb yerində, sizlər səhvlər edib balaları aldadırsınız ..
Xahiş edirəm belə məsələləri nəzarətə götürün. İzn verməyin belə tarixi səhvlərlə kitablar abituriyent hazırlığında istifadə edilsin. Nəşriyyatlara tapşırın çapdan öncə sizinlə məsləhət alsınlar.
Zaur Əliyev, tarixçi alim

l rea


Youtube kanalımız