Tanınmış müğənni Nura Suriyə ağır itki üz verib. Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
News365.az həmin paylaşımı təqdim edir:
"Bu gün ailəmiz üçün çox ağır bir gün oldu. Böyük dayım, tanınmış alim və Slavyan universitetinin banisi Rasim Mirzəyevin oğlu Cavid, 57 yaşında vəfat etdi. Cavidin anası 45 yaşında, bacısı 36 yaşında, dayım isə 62 yaşında rəhmətə gediblər. Bir ailənin bütün üzvləri bu dünyadan getdilər.
Kimsə bu dünyadan
köçdüyü zaman ağlaya bilmirəm. Amma bu gün ürəyim partladı, göz yaşlarıma hakim
ola bilmədim."