Tanınmış aktyor qan xərçənginin qurbanı oldu

Tanınmış aktyor qan xərçənginin qurbanı oldu
27 Mar 2025 11:05

Rusiyanın tanınmış aktyorlarından olan və radio aparıcısı kimi də fəaliyyət göstərmiş Aleksey Veselkin vəfat edib. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.


Telegram kanalının məlumatına görə, “Radio Mayak”ın 63 yaşlı keçmiş aparıcısı bir ildən artıq imiş ki, qan xərçəngindən əziyyət çəkirmiş. Sənətçi axşam saatlarında Moskvanın Mitino qəsəbəsindəki mənzilində leykoz xəstəliyinin ağırlaşması diaqnozu ilə dünyasını dəyişib. Blogger Sergey Stillavinin yaydığı məlumata görə, Veselkin son günlərinə qədər sağalacağına inanırmış və  yayımlarına davam etmək istəyirmiş.


Aleksey Veselkin Rusiyanın əməkdar artistidir. “Mayak”da “Hər şeyi bilmək istəyirəm” uşaq şousunun və televiziyada bir neçə verilişin aparıcısı olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada