Talibanın yüksək səviyyəli liderləri öldürüldü

Talibanın yüksək səviyyəli liderləri öldürüldü
20 Apr 2024 12:56

Taliban administrasiyasının yüksək səviyyəli üzvlərindən olan Məhəmməd Ömər Can Axundzadə sui-qəsd nəticəsində həyatını itirib.

News365.az xəbər verir ki, Əfqan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid "X" sosial media platformasında məsələ ilə bağlı açıqlama verib.

Mücahid Taliban administrasiyasının Müşahidə Şurasının üzvü və Qəndəhar vilayətində mədrəsənin müəllimi Məhəmməd Ömər Can Axundzadənin ölümü ilə bağlı başsağlığı mesajında ​​hücumu pisləyib və sui-qəsdi "böyük cinayət" adlandırıb.

Axundzadənin ölümündən kədərləndiklərini qeyd edən Mücahid ölümün nə vaxt, harada və hansı səbəbdən baş verməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

Əfqanıstan mediası Məhəmməd Ömərin Ramazan bayramı üçün ailəsini ziyarət etmək üçün getdiyi Pakistanın Queta şəhərində naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.

Bildirilib ki, Axundzadə Taliban administrasiyasının lideri Molla Hibetullah Axundzadənin müşaviri olub.


Youtube kanalımız

Oxşar xəbərlər