Ukraynanın Sumı vilayətində hərbçi sürücünü girov götürərək onu Kiyevə aparmağa məcbur edib. Bu barədə xarici KİV Ukrayna Milli Polisinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin (VSU) əsgəri sürücünü avtomatla hədələyib və onun istiqamətinə bir neçə dəfə atəş açıb. Bir saat keçməmiş polis əməkdaşları avtomobili Sumı-Kiyev yolunda saxlayıb və şübhəli şəxsi həbs ediblər.
Hadisəni törədən şəxsin Kiyev vilayətindən olan 47 yaşlı hərbçi olduğu üzə çıxıb. Nəşr sürücünün xəsarət almadığını yazıb.
Tural