Sürücülərin diqqətinə: Sürət həddi aşağı salındı...

Sürücülərin diqqətinə: Sürət həddi aşağı salındı...
05 May 2025 21:00

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.


Bu barədə news365.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.


Mərkəzin əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir


Sizin reklam burada
Sizin reklam burada