Suriya səfirindən Türkiyəyə qarşı sərsəm bəyanat

Suriya səfirindən Türkiyəyə qarşı sərsəm bəyanat
24 Apr 2024 15:41

Suriyanın Ermənistandakı səfiri Nora Arisyan Türkiyə haqqında həddi aşan fikirlər səsləndirib.

O, jurnalistlərlə söhbətində qondarma erməni soyqırımından danışaraq anormal iddialar səsləndirib: "Türkiyə Osmanlı İmperiyası dövründə "erməni soyqırımı"na görə məsuliyyət daşısaydı, bu gün o, Suriyada "terror əməliyyatları" keçirməyə cəsarət etməzdi. 12 ildir ki, Suriya bu "terror hücumlarına" müqavimət göstərir. Bununla belə, həm Suriyada, həm də bütövlükdə regionda pantürkist proqramlar hələ də həyata keçirilir".

Səfir xatırladıb ki, 2020-ci ildə Suriya parlamenti yekdilliklə erməni soyqırımını tanıyıb və digər ölkələri də bundan nümunə götürməyə çağırıb.

Arisyan Çiçernakaberd memorial kompleksinə də baş çəkib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər