Suriya prezidentinə qarşı sui-qəsdlərin qarşısı alınıb

Suriya prezidentinə qarşı sui-qəsdlərin qarşısı alınıb
10 Noy 2025 21:40

Suriya hakimiyyəti İŞİD terror təşkilatının ölkə Prezidenti Əhməd əş-Şaraaya qarşı iki sui-qəsd planını pozub.

News365.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Suriya Təhlükəsizlik Xidmətindəki mənbəyə və Yaxın Şərq ölkəsindən olan anonim məmura istinadən xəbər verir.

Sui-qəsd planları son bir neçə ayda ifşa edilib. Təşkilatın sui-qəsdlərindən birinin Suriya liderinin iştirak edəcəyi "əvvəlcədən elan edilmiş nişan mərasimi" zamanı həyata keçirilməsi planlaşdırılırdı. Planın digər detalları dəqiqləşdirilir.


Sizin reklam burada
Sizin reklam burada