Sumqayıtdakı "İdrak" liseyində Zəfər gününə həsr olunmuş tədbir keçirilib

Sumqayıtdakı "İdrak" liseyində Zəfər gününə həsr olunmuş tədbir keçirilib
16:51

Öncə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilb, Dövlət Himni səsləndirilib. Moderator, liseyin direktor müavini Kəmalə Məmmədova  Zəfər müjdəsinin tarixi-siyasi, hərbi əhəmiytini vurğulayıb və İdrak liseyində vətənpərvərlik ruhunun aşılanmasından danışıb.

Sonra liseyin İcraçı direktoru Xuraman Şabani Şəhid analarını, qaziləri, qonaqları və pedoqoji heyəti salamladı, qürurverici tarixin,o tarixi yazan qəhrəmanların hər zaman təbliğ olunmaları, gələcək nəsillərə ötürülməsi üçün bu qəbildən olan tədbirlərin zəruriliyini bildirdi. Natiq Azərbaycanın artıq yeni dünya nizamında önəmli yer tutduğunu söylədi.

Yazıçı-dramaturq, kulturoloq Hafiz Ataxanlının, Şəhid baş leytenant Anar Qorçuyevin anası Asya Allahverdiyevanın, qazi baş gizir Vasif Məlikovun, Sumqayıt Dövlət Dram Teatrının aparıcı səhnə ustası,                        əməkdar artist Rauf Ağakişiyevin çıxışlarında bir qürurverici həqiqət dilə gətirildi: Azərbaycan qalib ölkədir, bundan böyük şərəf yoxdur, Ali Baş Komandan İlham Əliyevin və qüdrətli Ordumuzun sayəsində əzəli yurd yerlərimiz işğaldan azad olundu və bu gün Qarabağ cənnətə çevrilməkdədir.

Sonra Hafiz Ataxanlının “Missiya” qəhrəmanlıq dramı liseyin müəllimlərinin və şagirdlərinin iştirakı ilə göstərildi. Tamaşanın quruluşu, habelə tədbirin rejissoru liseyin tərbiyə işləri üsrə direktor müavini Çimnaz Qurbanova idi.

Tədbir çərçivəsində rəqs və xor nömrələri də təqdim olundu. Şəhid övladlarından ibarət Xor kollektivinin rəhbəri Nailə Quliyeva,rəqs kollektivinin rəhbəri Nuranə Hüseynova idi.

   Tədbirdə gənc rəssamların  Zəfərə həsr olunmuş əl işləri nümayiş  olunub.

Qürurla bildirmək istəyirəm ki, İdrak liseyjnin kollektivi təkcə təhsildə deyil, həm də bədii estetik zövqə xidmətdə, ictimai-siyasj məsələrdə, yaradıcılıq prosesində də avanqard olduğunu isbatladı.İstər ümumu tədbir, istərsə də tamaşa çox yüksək səviyyədə hazırlanmışdı. Tarixinə hörmət və ehtiramla, işə can yanğısı ilə yanaşma təqdim olunan  tədbirdə öz müsbət nəticəsini göstərir.

 Azərbaycan Rəssamlar İttifaqının üzvü Etibar Bənnayev


Sizin reklam burada
Sizin reklam burada