Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər 38 saylı tam orta məktəbdə müəllim və şagird arasında dava olub.
News365.az xəbər verir ki, 9-cu sinif şagirdi dərs zamanı güldüyü üçün müəllim ona stul atıb. Nəticədə şagird başından xəsarət alıb. İddialara görə şagird təkcə güldüyü üçün deyil, həm də nalayiq sözlər işlətdiyi üçün müəllim onu cəzalandırmaq istəyib. Aidiyyatı qurumlar tərəfindən həm müəllim həm də məktəbin diektoru vəzifəsini müvəqqəti icra edən Aida İsrafilova cəzalandırılıb.
Təssüf ki, bu dəfə də Sumqayıt məktəbi şagird və müəllimin uğurlu nəticələri ilə deyil,aralarındakı dava gündəmə çevrildi. Məlumata görə, şagirdlərin dərs zamanı etdikləri zarafat kimya müəlliməsini əsəbləşdirib və nəticədə müəllim ,9-cu sinif şagirdlərindən birinə stul atıb.
Şagird və müəllim arasında baş vermiş xoşagəlməz hadisəni isə şagirdlərdən biri lentə alıb.
Hələlik görüntülərin hansı şagird tərəfindən sosial şəbəkələrdə paylaşıldığı məlum olmasa da,bu şagirdin iddiasına görə məktəbin direktor əvəzi Aida Israfilova ,videoya görə onu təhdid edir.
Məktəbə yollandıq. Bildirildi ki, hazırda təhsil ocağında Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır və hadisə ilə bağlı məktəb tərəfindən açıqlama verilmədi.
Xoşagəlməz hadisə davranış qaydalarının müəllim və şagird tərəfindən pozulması kimi qiymətlərndirilərək müəllim direktora cəza verib.
Bəs məktəblərdə bu kimi halların baş verməsində kimdir günahkar? Əgər şagird məktəbə təhsil almağa,müəllim isə təhsil verməyə gəlirsə niyə belə hallar məktəblərdə tez-tez baş verir?
Məlumat üçün qeyd edək ki, hadisədən sonra şagirdin valideynləri polisə müəllimdən şikayət ediblər və hazırda sözügedən təhsil müəssisində araşdırmalar davam etdirilir.
News365.az bununla bağlı Space tv-də yayımlanan videonu təqdim edir: