İran Natanz şəhərinin təxliyəsi ilə bağlı məlumatları təkzib etdi

İran Natanz şəhərinin təxliyəsi ilə bağlı məlumatları təkzib etdi
09:15

İran ölkənin mərkəzində yerləşən və nüvə obyektinin olduğu Natanz şəhərindən təxliyə elan edilməsi barədə məlumatları təkzib edib.

News365.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Prokurorluq və İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahı qarşı tərəfin təbliğatının gücləndiyini, o cümlədən Natanzın təxliyəsi ilə bağlı şayiələrin yayıldığını bildirib. Qeyd olunub ki, əslində şəhərdə heç bir təxliyə aparılmır.

Xatırladaq ki, martın 21-də İranın Atom Enerjisi Təşkilatı Natanzda yerləşən uranın zənginləşdirilməsi kompleksinə İsrail və ABŞ tərəfindən zərbə endirildiyini açıqlamışdı.


Sizin reklam burada
Sizin reklam burada