ABŞ ordusu komandanlığı Puerto Rikoya müxtəlif xüsusi əməliyyatlar üçün istifadə edilə bilən daha beş təyyarə göndərib.
News365.az xəbər verir ki, bu barədə "Nyusvik" jurnalı peyk görüntülərinə istinadən məlumat yayıb.
Bu təyyarələr ABŞ-ın Karib dənizindəki əməliyyatlarını dəstəkləyən iki əsas baza olan Aquadilya şəhərindəki Rafael Hernandes Hava Limanında və Seyba şəhərindəki Hərbi Dəniz Qüvvələrinin "Ruzvelt-Rouds" bazasında yerləşir. Söhbət C-130J hərbi nəqliyyat təyyarəsinin bir variantı olan "MC-130J Commando II" təyyarələrdən gedir.
Bildirilib ki, son aylarda Puerto Riko ABŞ hava qüvvələrinin cəmləşdiyi yerə çevrilib. Xüsusən də komandanlıq "Ruzvelt Rouds" hava bazasının fəaliyyətini yenidən bərpa edib.