Rusiya əsgərləri Ukrayna Silahlı Qüvvələrinə (VSU) məxsus təyyarəni döyüşlərin aparıldığı ərazidə vurub. Bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, aprelin 23-də axşam saatlarında Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarənin ekipajı Sumı istiqamətində iki Ukrayna təyyarəsini müşahidə edib.
“Onlardan biri vurulub”, – jurnalist bildirib.
Hərbi müxbir onu da aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələrinin ikinci təyyarəsi zorla uçub ərazidən uzaqlaşmağa müvəffəq olub. Eyni zamanda, təyyarənin ekipajı əvvəlcə bomba yükünü Ukrayna hakimiyyətinin nəzarətində olan ərazilərə atıb.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural