"Sülhə digər maneələrdən biri də ATƏT-in Minsk qrupunun qalmasıdır"- deputat Nizami Səfərov

"Sülhə digər maneələrdən biri də ATƏT-in Minsk qrupunun qalmasıdır"- deputat Nizami Səfərov
28 Fev 2025 11:53

İkinci Qarabağ zəfərindən sonra Azərbaycanın bölgədə dayanıqlı sülh sazişinin imzlanması istiqamətində irəli sürdüyü  təkliflər ciddi maneə ilə üzləşib.   

News365.az  xəbər verir ki, bunu deputat Nizami Səfərov parlamentin plenar iclasında deyib. 

 Deputat sülhə mane olan amillərdən biri kimi Ermənistanın Müstəqillik Bəyannaməsini və Konstitusiyasının olduğunu qeyd edib.

O bildirib ki, Ermənistanın Müstəqillik Bəyannaməsində və Konstitusiyasında Azərbaycana qarşı birbaşa ərazi iddiası var.

“Sülhə yalnız Ermənistanın Konstirusiyasına referendum yolu Azərbayacana qarşı iddialardan rəsmi şəkildə imtina edildikdən sonra nail olmaq olar. Belə bir referendumun 2026-cı ildə keçirilməsi nəzərdə tutulur. Sülhə digər maneələrdən biri də ATƏT-in Minsk qrupunun hələ də qalmasıdır. Sülhə əngəl olan bu maneə ləğv edilməlidir”, - o qeyd edib. 

Deputat əlavə edib ki, Azərbaycanın sülh istiqamətində uğurlu fəaliyyəti nəticəsində yaxın zamanlarda baş verəcək.


Sizin reklam burada
Sizin reklam burada