"Sovet İmperiyasının cinayətləri xalqın iradəsini qıra bilmədi"- Hikmət Babaoğlu

"Sovet İmperiyasının cinayətləri xalqın iradəsini qıra bilmədi"- Hikmət Babaoğlu
17:11

Tarixi həqiqətlər bəzən acı olsa da, xalqın mübarizə əzmini və iradəsini əks etdirir.  Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycanda 18 oktyabr tarixinin milli müstəqillik hərəkatının başlanğıcı olduğunu bildirib.

News365.az-a açıqlamasında deputat deyib ki, bu tarix Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin rəmzidir.

Onun sözlərinə görə, xalq çeləri xalqın mübarizə əzmini qırmaq və onun iradəsini sındırmaq məqsədilə törədilmiş cinayətlər Sovet İmperiyası tərəfindən həyata keçirilib.

H.Babaoğlu xatırladıb ki, Sovet dövründə Qarabağla bağlı məsələlərdə Azərbaycan daim təzyiqlərə məruz qalmış, ermənilər isə yeni dövrdə Qarabağı Azərbaycandan qoparmağa çalışmışdılar. “Azərbaycan xalqının müstəqillik uğrunda, Qarabağ uğrunda ilk hərəkatı 18 oktyabrda, indiki Şəhidlik meydanında başlamışdır. Milli dirçəliş hərəkatı və milli maraqlar uğrunda mübarizə bu mitinqlərlə öz əksini tapdı,” – deyə deputat əlavə edib.

O vurğulayıb ki, Sovet rəhbərliyinin və Qarabağın Ermənistana verilməsi məqsədini güdən siyasəti Azərbaycanın hüquqlarını pozaraq ağır cinayətlər törətmişdir. “SSRİ konstitusiyasını pozaraq, fövqəladə hal elan etmədən Azərbaycan informasiya məkanını blokadaya aldılar, televiziyanın enerji bloqu partladıldı və xalq informasiya blokadasına məruz qaldı,” – H.Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu hadisələr Azərbaycan xalqının müstəqillik hərəkatına qarşı məqsədli addımlar olub və milli özünü dərk və müstəqillik uğrunda mübarizənin başlanğıcını təşkil edib.


Sizin reklam burada
Sizin reklam burada