Şou-biznesdə lüks avtomobil sürən MƏŞHURLAR

Şou-biznesdə lüks avtomobil sürən MƏŞHURLAR
13:25

Bahalı həyat tərzi ilə diqqət çəkən azərbaycanlı məşhurlar zaman-zaman yeni aldıqları, bahalı avtomobillərlə gündəm olurlar. Onların maşınlarının qiyməti əsasən 50-400 min AZN aralığında dəyişir.

Son zamanlar isə sənətçilər arasında yeni maşın almaq tendensiyası artıb. Onlar bir-birinin ardınca özlərinə yeni lüks avtomobillər alırlar.   

News365.az sözügedən məşhurların siyahısını təqdim edir: 

Müğənni Vəfa Şərifova  Vəfa şou-biznesdə ən bahalı maşın sürən müğənnilərdəndir desək yerinə düşər. O  400 000 AZN-lik qara rəgli "Gelendewagen" markalı maşın sürür. Avtomobilin "10TV100" bahalı nömrə nişanı da var. 

Müğənni Ülviyyə Namazova

Hazırda sənətçi 9-cu avtombilini idarə edir. Onun qiyməti 120 000 AZN-dir. Müğənni qara rəngli "Range Rover" sürür. 

Müğənni Günay İbrahimli 

Günay bir neçə gün əvvəl özünə lüks və yeni model avtomobil alıb. Sənətçinin qara rəngli yeni maşınının qiymətinin  100 000 AZN-ə yaxın olduğu bildirilir. 

Müğənni Çingiz Mustafayev

Sənətçi avtomobilini təxminən iki ay əvvəl yeniləyib. O açıq yaşıl rəngli "Jetour T2" maşını alıb.

Sözügedən avtomobilin Azərbaycandakı qiyməti 50 000 AZN-dir. 

Müğənni Rüfət Axundov

Müğənni Rüfət Axundov da təmtəraqlı həyatı ilə gündəmə gələn müğənnilərdəndir. O bəzən sosial şəbəkə hesabında idarə etdiyi lüks avtomobillərin fotolarını paylaşır. O daha çox "Bentley", "Gelendewagen", "Range Rover" kimi bahalı marka maşınlara üstünlük verir. 

Müğənni Şəbnəm Tovuzlu

Sənətçinin bahalı "Range Rover" markalı avtomobili var. Onun ağ rəngli maşının qiymətinin 350 000 AZN olduğu bildirilib. 

Müğənni Şəbnəm Qəhrəmanova

Şəbnəm Qəhrəmanova isə verilişlərdən birində özünə 185 000 AZN-lik lüks avtomobil sifariş etdiyini deyib. 


Sizin reklam burada
Sizin reklam burada