"WhatsApp"da problemlər yaranıb
Bunu "Downdetector" xidmətinin məlumatları sübut edir.
Belə ki, son dəqiqələr ərzində mesencerin işindəki problemlərlə bağlı yüzlərlə şikayət daxil olub.
Bildirilir ki, istifadəçilərin 90 %-dən çoxu mesaj göndərməkdə çətinliklərlə üzləşirlər. Həmçinin mesajların alınması və tətbiqlə bağlı da şikayətlər var.