Şok Hadisə: Rusiyada mer nəzarət altına alındı- FOTO

Şok Hadisə: Rusiyada mer nəzarət altına alındı- FOTO
09 İyn 2025 10:58

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb. 

News365.az xəbər verir ki, bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. 

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır. 

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib. 

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.


Sizin reklam burada
Sizin reklam burada