Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.
News365.az-ın məlumatına görə, millət vəkili diz nahiyəsindən əməliyyat keçirib.
Siyavuş Novruzov idman etdiyi zaman diz nahiyəsini zədələyib.
O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb.
Xəstəxanada müalicə prosesləri davam etdirilir.
Siyavuş Novruzov bu barədə məlumatı təsdiq edib.