Sivil insanların, tarixi, mədəni, dini abidələrin hədəf alınması qəbuledilməzdir

Sivil insanların, tarixi, mədəni, dini abidələrin hədəf alınması qəbuledilməzdir
10:45
ABŞ hərbi qüvvələrinin Məşhəd şəhərini bombaladığı qeyd olunur. Sivil insanların, tarixi, mədəni, dini abidələrin hədəf alınması qəbuledilməzdir. Peyğəmbər soyuna məxsus İmam Əli bin Musa əl Rzanın məzarı, Həzrət Muhəmməd Peyğəmbərin əmisinin nəslindən olan məşhur Abbasi xəlifəsi Harun əl Rəşidin, Şərqin Napoleonu adlandırılan Nadir Şah Əfşarın türbəsi də bu şəhərdə yerləşir. İslam tarixi və mədəniyyətinə xas ortaq dəyərlər toxunulmazdır. İraqdakı kimi rejimi bəhanə edib İslamın tarixini silməyə yönəlmiş bütün növ fəaliyyət beynəlxalq hüquq pozuntusudur, vandalizmdir.
İsrail və ABŞ-ın müsəlman ölkələrinə qarşı hücum və müharibələri sayəsində milyonlarla müsəlmanın qanının tökülməsi ilə yanaşı çoxsaylı tarixi - dini, mədəni abidələrə, ibadət ocaqlarına da ziyan dəymiş, muzeylər, movzoleylər talanmış, qiymətli eksponatlar oğurlanmışdır.
İran hakimiyyətinə qarşı aparılan bu əməliyyatlarda sivil xalqla yanaşı tarixi abidə və dini, mədəni dəyərlərə də toxunulmamalıdır.

Sizin reklam burada
Sizin reklam burada