Şirvanda müxtəlif növ silah-sursat tapılıb

Şirvanda müxtəlif növ silah-sursat tapılıb
10:36

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News365.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı 1 ədəd avtomat və həmin silaha məxsus patron darağı aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakinindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.


Sizin reklam burada
Sizin reklam burada