Şimali Koreya Rusiyanın qələbəsini proqnozlaşdırır

Şimali Koreya Rusiyanın qələbəsini proqnozlaşdırır
20 Sen 2024 15:00

Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xi Rusiyanın Ukraynada başlatdığı müharibədə qalib gələcəyini deyib. Onun fikrincə Moskva bununla da beynəlxalq təhlükəsizliyi təmin edəcək.

Rusiya mediasının yaydığı məlumata görə nazir bu barədə IV Avrasiya Qadınlar Forumunda çıxışı zamanı danışıb.

“Ukrayna böhranı bu gün beynəlxalq ictimaiyyətin üzləşdiyi geosiyasi böhranlardan biridir. Rusiya Federasiyasının təhlükəsizlik maraqları pozulur”, - diplomat “21-ci əsrin diplomatiyası və geosiyasəti: Qlobal çağırışların həllinə qadınların baxışları” sessiyasında deyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər