”Şeytan çarxı” işləmir? - RƏSMİ AÇIQLAMA

”Şeytan çarxı”  işləmir? -  RƏSMİ AÇIQLAMA
25 Apr 2024 15:04

Havaların isinməsi gəzinti həvəskarlarına əlavə imkanlar açır. Təsadüfi deyil ki, son günlər paytaxtımızın ən gözəl guşələrindən biri olan Dənizkənarı bulvara gələn paytaxt sakinlərinin və qonaqların sayı xeyli artıb. Amma sosial şəbəkələrdə məlumat yayılıb ki, Dənizkənarı bulvardakı məşhur “Şeytan çarxı” işləmir. 

Məsələni aydınlaşdırmaq üçün Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva News365.az-a bildirdi ki, yayılan xəbər həqiqəti əks etdirmir:

“”Şeytan çarxı” tam işlək vəziyyətdədir. Amma küləkli günlərdə çarxa minmək qadağan edildiyi üçün o dayandırılır. Bu da sırf təhlükəsizlik xarakterli tədbirdir. Nəinki, “Şeytan çarxı” hətta bütün attraksionlar gün ərzində ziyarətçilərin ixtiyarındadır”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər