ŞƏT ölkələrinin liderləri yekun sənədləri imzalayırlar - VİDEO

ŞƏT ölkələrinin liderləri yekun sənədləri imzalayırlar - VİDEO
10:40

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderləri sammitin yekunlarına dair bir sıra sənədləri imzalayırlar.
News365.az xəbər verir ki, ümumilikdə 34 sənədin imzalanması nəzərdə tutulub və onların 29-u dövlət başçıları səviyyəsində qəbul edilir.
Yekun sənədlər ŞƏT çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafını nəzərdə tutur. Sənədlərdə enerji, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik, elm və təhsil, eləcə də digər istiqamətlər üzrə birgə fəaliyyət məsələləri əksini tapıb.
Dövlət başçıları səviyyəsində imzalanan sənədlərin təşkilata üzv ölkələr arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə və müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinə yönəldiyi bildirilir.
ŞƏT sammitində iştirak edən liderlər həmçinin regional və beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparırlar.


Sizin reklam burada
Sizin reklam burada