Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili prezident seçkilərindən sonra Qərbin təkidi ilə müxalifət parlamenti yarada bilər. Bu barədə “İzvestiya”ya Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert, şərqşünas Stanislav Tarasov məlumat verib.
"O, heç yerə getməyəcəyini bəyan edir, gürcü deputatlar isə onu prezident kreslosu ilə birlikdə qucaqlarında aparacaqlarını deyirlər", - Tarasov qeyd edib.
Ekspertin fikrincə, Zurabişvili “böyük siyasət”də oyun oynayır. İndi onun bütün hərəkətlərinə Qərb nəzarət edir. Bundan sonra dövləti prezidentin müxalif deputatlarını toplayacağı və parlamentin köməyi ilə Gürcüstanda paralel olaraq ikili hakimiyyət yaradacağı bir radikal ssenari gözləyir. Bu isə mövcud hakimiyyəti güc tətbiq etməyə təhrik edəcək.
Tural