Şəmkirdə odlu silah və narkotikə görə üç nəfər həbs edilib

Şəmkirdə odlu silah və narkotikə görə üç nəfər həbs edilib
15 Fev 2025 14:17

Şəmkir rayonunda üç nəfərdən odlu silahlar və narkotik götürülüb.

 Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.

R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işi başlanıb, hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada