“Sea Breeze”ə avtobuslar niyə ancaq həftəsonu işləyir?

“Sea Breeze”ə avtobuslar niyə ancaq həftəsonu işləyir?
11:52

Xəbər verildiyi kimi, “Koroğlu” NMM-i “Sea Breeze” ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayıb. Sözügedən marşrut yalnız şənbə və bazar günləri işləyir.

Maraqlıdır, bu avtobuslar niyə həftəiçi də fəaliyyət göstəmir və gələcəkdə bu, planlaşdırılırmı?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 150E ekspres marşrutu həftənin şənbə və bazar günləri paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq fəaliyyətə başlayıb.

"150E nömrəli ekspres marşrutunun hərəkət sxemi 150 nömrəli müntəzəm marşrutun trayektoriyasını bir çox hissədə təkrarlayır. Buna görə ekspres avtobusu yalnız həftəsonu fəaliyyət göstərir",- deyə agentlikdən məlumat verilib.

Qeyd edək ki, marşrut “BakuBus” MMC tərəfindən istismar edilib və xətt üzrə müasir böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə intervalla xidmət göstərir.

Avtobuslarda gediş haqqı 0.80 AZN təşkil edir və nağdsız qaydada həyata keçirilir.


Sizin reklam burada
Sizin reklam burada