"Sarkozi Makrondan əfv edilməsini istəməyəcək" - Vəkil

"Sarkozi Makrondan əfv edilməsini istəməyəcək" - Vəkil
16:42

Fransanın keçmiş prezidenti Nikola Sarkozi məhkəmənin onu beş il həbs cəzasına məhkum etməsinə baxmayaraq, hazırkı dövlət başçısı Emmanuel Makrondan əfv edilməsini istəməyəcək.

News365.az xəbər verir ki, bu barədə BFMTV-yə Sarkozinin vəkili Jan-Mişel Darrua bildirib.

"O, prezidentdən əfv olunmasını istəməyi düşünmür, çünki təqsirsiz olduğunu sübut etmək niyyətindədir", - vəkil bildirib.

N.Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı işdə əlbirlikdə təqsirli bilinib.


Sizin reklam burada
Sizin reklam burada