Balasanyan növbəti dəfə qalmaqallı açıqlama verdi

Balasanyan növbəti dəfə qalmaqallı açıqlama verdi
17:10

Qarabağın işğal altında olduğu dövrdə bölgədə qurulan oyuncaq və separatçı rejimin keçmiş “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan yeni sərsəm açıqlamalar verib.

News365.az-ın xəbər verir ki, o, Qarabağ ermənilərinin bir gün yenidən bölgəyə geri qayıda biləcəklərinə ümid etdiyini bildirib.

“9 noyabr sənədini heç kim ləğv etməyib, hələ də qüvvədədir. Ümid edirəm ki, bu sənəd həyata keçiriləcək”, - deyə Balasanyan qeyd edib.

Ona “Qarabağa qayıtmaq təhlükəsiz olacaqmı” sualı veriləndə isə Vitali Balasanyan belə cavab verib:

“Dünyanın heç bir yerində mütləq təhlükəsizlik və sülh yoxdur”.

Onun sözlərinə görə, əgər təhlükəsizlik zəmanətləri verilsə, “Qarabağa qayıtmağa” hazırdır.

Qeyd edək ki, Vitali Balasanyan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən bir sıra hərbi cinayətlərə görə axtarışda olan şəxsdir. O, Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki şəxslərə və əsirlərə qarşı törədilmiş cinayətlərdə iştirakına görə ittiham olunur. Xüsusilə, Xocalıda Azərbaycan bayrağını əlindən buraxmadan sona qədər vuruşan şəhid Natiq Qasımovun qətlə yetirilməsində Balasanyanın birbaşa məsuliyyət daşıdığı fakt kimi qəbul olunur.


Sizin reklam burada
Sizin reklam burada