Aptekə silahlı hücum - Şübhəlilər hadisə yerindən qaçdı + FOTO

Aptekə silahlı hücum - Şübhəlilər hadisə yerindən qaçdı + FOTO
17:06

Şanlıurfanın Veysel Karani məhəlləsində gecə saatlarında bir aptekə silahlı hücum edilib.

News365.az xəbər verir ki, hadisəyə avtomobillə gələn naməlum şəxslər pompalı tüfəklə atəş açıblar.

Hücum zamanı aptekin şüşələri qırılıb və çoxsaylı güllələr iş yerinə dəyib. Şübhəlilər hadisə yerindən qaçıb.

Hadisə yerinə çağırılan polis əməkdaşları təhlükəsizlik kameralarını yoxlayaraq şübhəlilərin tutulması üçün əməliyyat aparır.

İstintaq davam edir.


News365.az


Sizin reklam burada
Sizin reklam burada