Birinci Qarabağ müharibəsinin şəhidi Münasib Mehdiyevin nəşi Samux rayonunun Qovlarsan kəndində ailəsinə təhvil verilib.
News365.az xəbər verir ki, kənddə şəhidlə vida mərasimi keçirilib.
Qeyd edək ki, Münasib Namaz Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-cü il iyulun 19-da Ağdərə rayonunun Həsənriz (Aterk) kəndi istiqamətində tkin düşüb.
M.Mehdiyev Qovlarsan kənd qəbiristanlığında dəfn olunacaq.