Sakit okeanda Vanuatu Respublikasına məxsus Espiritu-Santo adasının qərb sahillərində 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.
News365.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Port-Olri şəhərindən 59 km qərbdə yerləşib.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
İtki və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.