İstanbul patriarxı xain yol seçib - Rusiya

İstanbul patriarxı xain yol seçib - Rusiya
12:26

İstanbul Rum Fənər Patriarxlığı Gürcü Pravoslav Kilsəsini özünə tabe etmək istəyir.

News365.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

“İstanbul Patriarxı Varfolomey “parçala və hökmranlıq et” prinsipini rəhbər tutaraq dünya pravoslavlığı daxilində xain bir parçalanma xəttini davam etdirir. Bu dəfə o, Gürcüstanın katolikos-patriarxı II İlyanın ölümündən istifadə edərək, Gürcü Pravoslav Kilsəsini tabe etməyə çalışır”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstanın katolikos-patriarxı II İlya martın 17-də vəfat edib.


Sizin reklam burada
Sizin reklam burada