Şahruddinə görə 12 xalları silindi

Şahruddinə görə 12 xalları silindi
14:41

FİFA İntizam Komitəsi Türkiyənin Trendyol 1-ci Liqa təmsilçisi “Adana Dəmirspor”a 12 xal silmə cəzası verib.

News365.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) açıqlama yayıb.

Bildirilib ki, komitə klub barədə iki ayrı iş üzrə ümumilikdə 12 xalın silinməsi qərarını qəbul edib.

Verilən cəzadan sonra “Adana Dəmirspor”un turnir cədvəlindəki vəziyyəti daha da ağırlaşıb. Komanda hazırda liqada mənfi 40 xalla sonuncu pillədə qərarlaşıb.

Cəzanın kəsilməsinə başlıca səbəb "Adana Dəmirspor" klubunun futbolçulara və ya başqa şəxslərə ödəmə borcları ilə əlaqədar problemlər yaşanmasıdır. Məsələn, klub hələ də keçmiş oyunçusu - hazırda "Qarabağ"da oynayan Şahruddin Məhəmmədəliyevə, eləcə də digər bir neçə futbolçuya olan borcunu tam ödəməyib və bu məsələyə görə FİFA-ya müraciət olunub.

Klubun Şahruddinə 700 min dollar borcu olduğu bildirilir.

Xatırladaq ki, Ş.Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Dəmirspor"da oynayıb.


Sizin reklam burada
Sizin reklam burada