Adil Şükürovla yollarını ayıran “Kəpəz” baş məşqçi postuna Şahin Diniyevi gətirə bilər.
News365.az xəbər verir ki, Gəncə təmsilçisi 59 yaşlı mütəxəssislə əlaqəyə çıxıb.
hələlik təcrübəli çalışdırıcı öz şərtlərini klub rəhbərliyinin nəzərinə çatdırıb. “Kəpəz” isə Diniyev variantını digər namizədlərlə müqayisə edərək nəzərdən keçirir.
Xatırladaq ki, 2015-17-ci illərdə Gəncə təmsilçisinə rəhbərlik edən Şahin Diniyev ötən ilin noyabrında “Səbail”dən ayrılandan bəri işsizdir.