Ramiz Mehdiyev Xalq artistini necə evsiz qoydu?- TƏFƏRRÜAT

Ramiz Mehdiyev Xalq artistini necə evsiz qoydu?- TƏFƏRRÜAT
16:59

“Ramiz Mehdiyev məni evsiz qoyub”.

Bunu Xalq artisti Əbdül Mahmudov News365.az -a açıqlamasında bildirib. O qeyd edib ki, Ramiz Mehdiyev imkan vermədi ki, məhkəmə qətnamələri icra olunsun:

“Hacıbala Abutalıbovla bağlı mənim şəxsi iddialarım var. Mənim müraciətim ondan ibarətdir ki, Bakıda mənə məxsus 4 otaqlı mənzil sökülmüş və sonradan başqa ünvana göndərilmişəm. Mənim əlimdə bu məsələ ilə bağlı üç məhkəmə işinin sənədləri mövcuddur — rayon məhkəməsi, apelyasiya və Ali Məhkəmə mərhələləri.

Mən iddia edirəm ki, həmin dövrdə bu proseslərin gedişatına təsir edən şəxslərdən biri də Ramiz Mehdiyev olub. Mənə bildirilib ki, məsələ məhkəmədə həll olunmalıdır, lakin mən bu prosesdə təsir göstərən şəxslərdən narahat olduğumu qeyd etmişdim.

Mənə məxsus olan 4 otaqlı mənzilin məsələsi araşdırılsın və mənzil mənə geri qaytarılsın. Ramiz Mehdiyev məni evsiz qoyub”.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada