Sahibkarlar bu qədər güzəştli kredit alıb

Sahibkarlar bu qədər güzəştli kredit alıb
23 İyl 2025 14:12

İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondu 54 mindən çox sahibkara 3,4 milyard manat güzəştli kredit verib.

News365.az xəbər verir ki, bunu Fondun aparıcı mütəxəssisi Orxan Gülalıyev bildirib.

Onun sözlərinə görə, təkcə bu il 2 371 sahibkara 126 milyon manat güzəştli kredit verilib.

"Güzəştli kreditlər sahibkarlıq subyektlərinə illik 5 % olmaqla banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları vasitəsilə çatdırılır”, - deyə Fond rəsmisi əlavə edib.

Azərbaycan Biznesinin İnkişafı Fondu Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman əsasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb.


Sizin reklam burada
Sizin reklam burada