Sahibə Qafarova gəncləri təbrik etdi

Sahibə Qafarova  gəncləri təbrik etdi
12:01
"Azərbaycan gəncləri dövlət və cəmiyyət həyatının bütün sahələrində önəmli rol oynayır, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bütün bilik və bacarıqlarını sərf edirlər".

News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Sahibə Qafarova Gənclərin 44 günlük vətən müharibəsindəki xüsusi rolundan da danışıb:

"Gənclərimiz 44 günlük Vətən müharibəsində, antiterror əməliyyatında, tarixi qələbələrimizin əldə edilməsində müstəsna rol oynamışlar. Gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini üərkdən təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar arzulayıram", - deyə MM sədri qeyd edib.

Sizin reklam burada
Sizin reklam burada