Çin 2035-ci ilədək altı aviadaşıyıcıya sahib olmağı hədəfləyir.
News365.az xəbər verir ki, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri (PLAN) artıq gəmi sayına görə dünyanın ən böyük donanmasıdır.
Hazırda donanmanın tərkibində 370-dən çox gəmi var və bu rəqəmin 2030-cu ilədək təxminən 435-ə çatacağı proqnozlaşdırılır.